Tonsilla (boğaz əti) kəsilməlidirmi? Boğaz ətini əməliyyatla aldıqda mütləq burun ətini də kəsdirmək lazımdırmı?

Xüsusən də körpə və kiçik yaşlı uşaqlarda badamcıqlar orqanizmin müdafiəsində vacib funksiyaya sahib olduqları üçün vacib göstərişlər istisna olmaqla alınmaları uyğun olmaz. Son illərdə badamcıq əməliyyatları əvvəlki kimi tez-tez əməliyyat edilməməkdədir. Burun əti çox böyük və uşağın nəfəs almasına maneyə yaradırsa, ya da dərman müalicəsi ilə düzəlməyən orta qulaq problemlərinə yol açmış isə və bununla yanaşı badamcıqlarda da problem varsa, o zaman badamcıq ilə birgə alınmalıdır. Əgər badamcıqlar sağlamdırsa, təkcə burun ətinin əməliyyat ilə alınması kifayət edəcəkdir.
Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatdan qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq və bu orqanlar övladı üçün vacibdir. Əziz valideynlər unutmayaq ki, xəstə boğaz əti və böyümüş burun əti övladınıza yalnızca zərər yetirər, həmin orqanlar qoruyucu funksyasını itirmişdir.
