06.07.2019

Burun estetikasında anesteziya

Burun estetik əməliyyatı, rinoplastika həm yerli keyləşdirmə dediyimiz lokal anesteziya ilə, həm də ümumi anesteziya ilə xəstə tam yatırılaraq icra edilməkdədir. Burada anesteziya ilə bağlı seçim əlbəttə ki ediləcək işləmə bağlıdır. Əgər 20-30 dəqiqəlik bir işləm ilə burun ucunda və ya burun belində kiçik manevralar ediləcəksə, lokal anesteziya ilə bunları etmək mümkündür. Əgər geniş spektorlu bir əməliyyat ediləcəksə, burunu başdan formalaşdıracağıqsa, əlbəttə ki ümumi anesziya bu işdə əvəz edilməzdir. Ümumi anesteziyada xəstənin qan təzyiqi, ürək döyüntülərini, tənəffüs hərəkətlərini, qanama kontrolunu təmin etmək mümkündür. Bu səbəbdən də rinoplastika əməliyyatlarını ümumi anesteziya altında icra etmək daha doğru və konfortludur.

Ümumi anesteziyada:

  • Əməliyyat otağına gəldiyinizdə ürəyinizin vəziyyətini əməliyyat müddətində izləmək üçün EKQ elektrodları bədəninizə yapışdırılacaq;
  • Sizə qulunuzdakı damar yolundan serum qoşulacaq;
  • Barmağınıza qanın oksigenləşməsini göstərən bir cihaz taxılacaq;
  • Qolunuza qan təzyiqinizi ölçən cihaz taxılacaq;
  • Qolunuzda olan damar yolundan sizə vurulacaq dərmanlarla birgə maskadan sizə verilən oksigen və anestetik qaz qarışımı ilə siz yatacaqsınız və bundan sonrakı proseslərin heç birini hiss etməyəcəksiniz. Əməliyyat sizin üçün yatmaq-oyanmaqdan ibarət olacaq. Əməliyyat sırasında sizə endotraxeyal borudan yatırdıcı qaz veriləcək. Əməliyyat bitdiyində isə həmin qaz dayandırılır və siz bir neçə dəqiqə sonra özünüz nəfəs almağa və oyanmağa başlayırsınız. Oyandıqdan sonra bir müddətdən ayıltma otağında qalacasınız. Tam oyandığınıza əmin olunduqdan sonra palatanıza köçürüləcəksiniz.

Ümumi anesteziya zərərlimidir?

Müasir anesteziyaların orqanizmə verdiyi zərərlər minumuma endirilmişdir. Ayrıca “narkozdan” sonra əsəbi olunur anlayışı isə yanlışdır.

Müəllif: Op. Dr. Cavid İsmayılov