Pasiyentləri maraqlandıran məqamlar
Ən çox verilən suallar
Septoplasti əməliyyatı qığırdaq və sümük toxuması üzərində icra edilən bir əməliyyatdır. Buna bağlı olaraq sümük və qığırdağın inkişafının tam bitməsini gözləmək gərəklidir. Adətən 15-16 yaşından öncə septoplasti əməliyyatını xəstələrə məsləhət görmürük. Çox məcbur qalındığında, nəfəs almada çox ciddi problem olduğunda daha erkən yaşlarda əməliyyatı icra edirik. Bu zaman mümkün qədər burun sümük və qığırdaqlarına toxunulmamasını təmin etmək vacibdir və bu xəstələrdə gələcəkdə yenidən əyriliyin ola biləcəyini nəzərdə saxlamaq lazımdır.
Biz əməliyyatlarımızı ümumi anestezi (narkozla) altında etdiyimiz üçün xəstələr heç bir ağrı hiss etməzlər. Daha əvvəllər burunda olan qığırdaq və sümüklər tam xaric edilirdisə, indi mümkün qədər sağlam toxumaların qorunub saxlanmasına diqqət edilir. Əyri olan hissələr mümkün olduqca düzədilib yenidən yerinə yerləşdirilir. Burun içinə uzun bint tamponlar əvəzinə yeni müasir slikon tamponlar yerləşdirilir ki, xaric edildiyi zaman heç bir ağrı vermirlər. Əməliyyat sonrası kiçik ağrılar ağrı kəsici dərmanlar ilə kontrol altına alınır.
Damaq badamcıqları limfoid toxumadır. Yəni orqanizmdə limfoid toxumaların vəzifəsi mikrobları tutub məhv etməkdir. Damaq badamcıqları infeksiyon xəstəlik zamanı mikroblar ilə mübarizə aparır, irinləyir, şişir, qızarır və orqanizmin digər müdafiə sistemi temperatur da buna qoşulur.
Damaq badamcığı kapsul içərisində yerləşmişdir və infeksiyaları özündə tutub saxlayan badamcığı sildiyiniz zaman infeksiyaları oradan bütün orqanizmaya yaymış olursunuz ki, bununla da orqanizmin müdafiə mexanizmini pozmuş olursunuz. Bu səfər infeksiya bütünlüklə orqanizmə yayılır.
Silən zaman temperatur niyə mi enir? Çünki infeksion badamcıqdan uzaqlaşdığı üçün orqanizmin digər müdafiə mexanizmi olan temperatur enməyə başlayır. Lakin görəcəksiniz ki, bu müvəqqəti bir vəziyyətdir, infeksion orqanizmə yayıldığı və orqanizmdən xaric olunmadığı üçün temperatur yenidən yüksəlməyə başlayacaqdır.
Bəli. burun ətinə bağlı uşaqlarda iştah pozğunluğu və buna bağlı çəki itkisi təkrarlayan infeksiyaya bağlı olaraq inkişaf pozğunluğu müşahidə oluna bilər.
Burun estetik əməliyyatlarında sümük və qığırdaq toxumasının inkişafının tamamlanmasını gözləmək lazımdır. Bu tamamlanma yaşı adətən oğlanlarda 18, qızlarda 17 yaşdır. Lakin bəzi istisnalarda xəstənin burun formasına, quruluşuna bağlı nəfəs almasında da ciddi problemlər varsa, xəstənin burun formasına bağlı olaraq ciddi psixolojik problemləri varsa, qığırdaq və sümük toxumasının təbiiliyini maksimum qoruyacaq şəkildə daha erkən yaşlarda da əməliyyat mümkün ola bilər. Yarıq damaq-dodaq dediyimiz bir sıra anadangəlmə anomaliyalı xəstələrdə isə daha kiçik yaşlarda əməliyyatı icra etmək olar.
Xüsusəndə körpə və kiçik yaşlı uşaqlarda badamcıqlar orqanizmin müdafiəsində vacib funksyaya sahib olduqları üçün vacib göstərişlər istisna olmaqla alınmaları uyğun olmaz. Son illərdə badamcıq əməliyyatları əvvəlki kimi tez-tez əməliyyat edilməməkdədir. Burun əti çox böyük və uşağın nəfəs almasına maneə yaradırsa, ya da dərman müalicəsi ilə düzəlməyən orta qulaq problemlərinə yol açmış isə və bununla yanaşı badamcıqlarda da problem varsa, o zaman badamcıq ilə birgə alınmalıdır. Əgər badamcıqlar sağlamdırsa, təkcə burun ətinin əməliyyat ilə alınması kifayət edəcəkdir.
Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatdan qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq və bu orqanlar övladı üçün vacibdir. Əziz valideynlər unutmayaq ki, xəstə boğaz əti və böyümüş burun əti ovladınıza yalnızca zərər yetirər, həmin orqanlar qoruyucu funksyasını itirmişdir.
Əbəttəki bu olduqca zərərli və yanlış metoddur. Boğaz ətinə fizioterapi uyğulandığı zaman boğaz ətini qidalandıran damarlarda genişlənmə olur ki, buda boğaz ətində olan mikroorqanizmaları bütün orqanizmə yayır. Boğaz ətində rahatlaşma olur, amma bu səfər də bütün orqanizma ən əsas da ürəkdə, böyrəkdə, oynaqlarda problemlər daha da ciddiləşməyə başlayır. Xroniki tonzillitlər infeksiya mənbəyidir və göstəriş olduğu zaman tək yol cərrahi əməliyyatdır.
Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur və bunun da nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna, yuxu pozğunluğuna, tın-tınlı danışığa və s. səbəb olur. Bundan əlavə böyümüş adenoid aşağıdakı problemlər yaradır:
- Qulaq iltihabı, eşitmə zəifliyi (eşitmə zəifləməsi bəzən ana-ataların hiss edəməyəcəyi səviyyədə olur, ancaq ən çox da xəstəni həkimə götürən səbəbdir);
- Çənə və üz sümüklarının inkişaf pozğunluğu;
- Burun axıntısı səbəbi ilə boğaz iltihabı, öskürək meydana çıxır.
- Baş ağrısı;
- Sinusit və s. xəstəliklərin yaranmasına səbəb olur.
İlk öncə xəstə boğaz əti infeksiya mənbəyidir. Xəstə boğaz əti tez-tez irinləyib boğaz ağrısına, yüksək bədən temperaturuna səbəb olur. Xəstə boğaz əti oynaqlarda ağrı yaradaraq (xüsusən də diz oynaqlarında) oynaq xəstəliklərinə təkan verə bilər, boğaz əti içərisində irinli tıxaclar yaranaraq ağızda pis iyə və pis dada səbəb ola bilər, ürək və ürək qapaqlarında dəyişikliyə səbəb ola bilər, böyrəklərdə qlomerulonefrit denilən xəstəliyin yaranmasına səbəb ola bilər.
3 yaşdan aşağı uşaqlarda çox vacib olmadıqca badamcıq əməliyyatı edilməməlidir. Ancaq bəzi təcili vəziyyətlərdə bu yaş həddinin nəzərə alınmadığıda nəzərə alınmalıdır. Uşaqlarda nəfəs almaya maneçilik törədən böyük badamcıqlar və ya badamcıq qanaması kimi vəziyyətlərdə badamcıq əməliyyatının yaş həddi yoxdur. Burun əti əməliyyatında isə hər hansı yaş həddi yoxdur. Lazım olduğu zaman əməliyyat edilə bilər.
- Davamlı ağız ilə nəfəs alıb-vermək məcburiyyətində olunduğu üçün tez-tez təkrarlayan boğaz infeksiyaları və faringitə səbəb ola bilər;
- Xoruldama və yuxu pozğunluğu;
- Yuxuda nəfəs dayanması və bunun nəticəsində təzyiq və ürəkdə ritm pozğunluğu ola bilər;
- Əgər xəstədə ağciyər, astma və ürək problemləri varsa, bu problemlərin ağırlaşmasına səbəb ola bilər;
- Səhərlər ağız quruluğu yaradır;
- Cinsi funksyonal pozğunluqlar;
- Psixolojik olaraq xəstədə əsəbilik və depresiyaya səbəb ola bilər;
- İyi bilmənin azalması;
- Səs keyfiyyətində pozğunluq-burunda danışma olur;
- Xroniki yorğunluq, səbəbi olmayan yorğunluq;
- Miqren xəstəliyinin yaranmasına təkan verir, xroniki baş ağrılarına səbəb olur.
- Badamcıqların son bir il içində ən azı 5 və daha çox, son iki ildə ard-arda ildə ən azı 4 dəfə və ya son 3 ildə ard-arda 3 dəfə xəstələnməsi;
- Tənəffüsü və udmanı əngəlləyəcək qədər büyük olması;
- Tez-tez boğazın xəstələnməsi ilə birgə xəstə olmadığı zamanlarda belə boğazında beta mikrobunu daşıması;
- Boğaz ətinin kəskin oynaq revmatizması, revmatizmaya bağlı ürək xəstəliyi və nefrit deyilən böyrək xəstəliyinə səbəb olması;
- Badamcıqlardan birinin digərinə nisbətdə nəzərə çarpacaq qədər böyük olması;
- Badamcıq üzərindəki boşluqlara qalıcı olaraq yerləşən, ağızda pis qoxuya səbəb olan magma adı verilən badamcıq daşlarının olması;
- Tez-tez badamcıq iltihabına bağlı yüksək bədən temperaturunun olması;
- Bu şikayətlərin birininin və ya bir neçəsinin mövcud olması boğaz əti əməliyyatına göstəriş ola bilər.
Burun ətinin böyüməsi müxtəlif əlamətlərlə ortaya çıxa bilər. Uşağınızda bu əlamətləri biri və ya bir neçəsi ortaya çıxa bilər.
- Burun tənəffüsünün çətinləşməsi;
- daimi ağız ilə nəfəs alma;
- Burun tıxalı kimi burnunda danışma;
- Nəfəs alan zaman səs çıxması;
- Yatarkən xoruldama;
- Yuxuda ikən bir neçə saniyə nəfəsini tutma və s.
- Burun tənəffüsünün çətin olması;
- Ağızla nəfəs alma;
- Burun qanamalarının olması;
- Təkrarlayan sinus infeksiyaları (tez-tez qrip olma);
- Xoruldama;
- Buruna bağlı atipik baş və üz ağrısı;
- Ağzı açıq yatmağa bağlı olaraq boğaz quruluğu;
- Fısıltılı nəfəs alma;
- Burun içi quruluğu;
- Burun içində yanma;
- Burun axıntıları.
El arasında yüksək temperatur zamanı edilən sirkəli və ya spirt ilə edilən kompres əslində yanlışdır. Sirkəli və ya spirt ilə edilən kompreslərdə o an üçün temperatur düşsə də, spirt damarları əvvəl genişlədib sonra daraltdığı üçün qızdırma daha da yüksələ bilir. Uşaqlarda temperaturun 38˚C və daha çox yüksəldiyi vəziyyətlərdə müdaxilə etmək gərəklidir. Bu zaman əvvəlcə uşağın temperaturunu ölçün və təcili bir müdaxiləyə gərək olub-olmadığından əmin olun. Uşağınızın üzərindəki isti geyimləri çıxarın, nazik və geniş pijama geyindirin. Üstünü nazik bir örtü ilə örtün. Bol miqdarda su və sulu qidalar istehlak etməsinə diqqət edin. Olduğu mühit çox isti və ya çox soyuq olmamalıdır. İlıq bezləri oynaqlarına qoyun. Həkim məsləhəti olmadan dərman verməyin. Təyin olunmamış verilən dərman, uşağın temperaturunun nədən yüksəlməyinin səbəbi bilinmədiyi üçün müalicə verməz. Unutmayın, temperatur yüksəlməsi xəstəlik deyil, orqanizmin xəstəlik ilə mübarizəsidir və səbəbi müalicə edilmədiyi müddətcə temperatur salıcı vasitələr müvəqqəti olacaqdır. Bunun üçün mütləq həkimə müraciət edin.
Badamcıqlar hər zaman damcı infeksiyası deyilən, insandan insana tüpürcək ilə və yaxın təmasla bulaşan mikroblar səbəbi ilə şişər. Bu vəziyyətdə badamcıqlar qızarır, bəzən üzərində bəyaz töküntülər ola bilər. Temperatur, udqunmada çəti