28.06.2019

Boğaz əti əməliyyatı uşaqlarda hansı yaşda edilə bilər?

Kəsiksiz, qansız boğaz əti əməliyyatı dövrü…

3 yaşdan aşağı uşaqlarda çox vacib olmadıqca badamcıq əməliyyatı edilməməlidir. Ancaq bəzi təcili vəziyyətlərdə bu yaş həddinin nəzərə alınmadığıda nəzərə alınmalıdır. Uşaqlarda nəfəs almaya maneçilik törədən böyük badamcıqlar və ya badamcıq qanaması kimi vəziyyətlərdə badamcıq əməliyyatının yaş həddi yoxdur. Burun əti əməliyyatında isə hər hansı yaş həddi yoxdur. Lazım olduğu zaman əməliyyat edilə bilər.

Boğaz ətim xəstədir, kəsdirməsəm nə kimi problemlər olar?

İlk öncə xəstə boğaz əti infeksiya mənbəyidir. Xəstə boğaz əti tez-tez irinləyib boğaz ağrısına, yüksək bədən temperaturuna səbəb olur. Xəstə boğaz əti oynaqlarda ağrı yaradaraq (xüsusəndə diz oynaqlarında) oynaq xəstəliklərinə təkan verə bilər, boğaz əti içərisində irinli tıxaclar yaranaraq ağızda pis iyə və pis dada səbəb ola bilər, ürək və ürək qapaqlarında dəyişikliyə səbəb ola bilər, böyrəklərdə qlomerulonefrit denilən xəstəliyin yaranmasına səbəb ola bilər.

Əgər sizdə də bu tip problemlər varsa, mütləq əməliyyat olunun, əməliyyatdan qorxmayın və bu problemlərdən bir dəfəlik xilas olun.

Vaxtında əməliyyat ilə alınmış boğaz əti sizi bu xəstəliklərə məhkum olmağa qoymayacaq…

Kəsiksiz, qansız boğaz əti əməliyyatı dövrü…

Tonsillectomy dediyimiz boğaz ətinin xaric edilməsi əməliyyatı daha öncəki zamanlardakı kimi qorxulu deyil. Əvvələr lokal anestezi (yerli keyləşdirmə üsulu) ilə əllər bağlanırdı və xəstənin gözü görə-görə əziyyət verilərək əməliyyat edilirdisə, indi müasir üsul ilə xəstə tamamən yatırılır və heç bir ağrı hiss etmir. Əməliyyatda bir çox metodlar olmasına baxmayaraq biz Thermal Welding üsulu ilə əməliyyatlarımızı icra edirik. Bu əməliyyatda kəsik və qan olmur. Bununla da xəstənin normal yaşamına qayıtması tezləşir, əməliyyatdan sonra qanama riski minumuma enir. Eyni zamanda burun əti böyüməsi olan xəstələrimizdə endoskopik olaraq (kamera ilə) adenoid dediyimiz burun əti yapışdığı yerdən bütünlüklə xaric edilir.

Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatından qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq və bu orqanlar övladı üçün vacibdir. Əziz valideynlər unutmayaq ki, xəstə boğaz əti və böyümüş burun əti övladınıza yalnızca zərər yetirər, həmin orqanlar qoruyucu funksyasını itirmişdir…

Müəllif: Op. Dr. Cavid İsmayılov