28.06.2019

Müasir üsul olan endoskop ilə adenoidektomiya (Burun əti kəsilməsi)

İlk öncə qeyd edim ki, adenoid burun udlaqda yerləşən limfoid toxuma olan burun udlaq badamcığıdır. El arasında bu burun əti kimi tanınır. Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur və bunun da nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna,yuxu pozğunluğuna,tın-tınlı danışığa gecələr ağzı açıq yatmaya, xoruldamaya, gecələr narahat yatmaya və s. səbəb olur.

Bundan əlavə böyümüş adenoid aşağıdakı problemlər yaradır:

  1. Qulaq iltihabı, eşitmə zəifliyi (eşitmə zəifləməsi bəzən ana ataların hiss edəməyəcəyi səviyyədə olur, ancaq ən çoxda xəstəni həkimə götürən səbəbdir);
  2. Çənə və üz sümüklarının inkişaf pozğunluğu;
  3. Burun axıntısı səbəbi ilə boğaz iltihabı,öskürək meydana çıxır;
  4. Baş ağrısı;
  5. Sinusit və s.xəstəliklərin yaranmasına səbəb olur.

Müasir üsul olan endoskop ilə adenoidektomiya üstünlükləri nələrdir?

Burun udlaq badamcığı kapsulu olmayan limfoid toxumadır. Əgər əməliyyat sırasında toxumanın kiçik bir hissəsi qalsa, bu gələcəkdə nəfəs almaya problemlər yarada bilər. Biz əməliyyatlarımızı endoskopik icra etdiyimiz üçün bu tip fəsadlar ilə ratlaşmırıq. Endoskop ilə burun udlaqda olan bütün adenoid toxuması tam təmizlənmə imkanına sahibdir və burun ətinin yenidən əmələ gəlmə şansı sıfıra bərabərdir.

Biz klinikamızda endoskopik adenoidektomi əməliyyatını ən müasir cihazlarla icra edirik.

Müasir üsul olan endoskop ilə adenoidektomiya (Burun əti kəsilməsi) 1

Müəllif: Op. Dr. Cavid İsmayılov