22.06.2019

Qulaq çöplərindən istifadə

  • Qulağınızdakı “yağı” qulaq çöpləri ilə çıxarmaya çalışmayın.
  • Xarici qulaq keçəcəyində cerumen adlandırılan yağlı qulaq salqısını icra edən hüceyrələr vardır. Bu ifrazat toz, mikroorqanizmalar və s. xarici qulaq keçəcəyinə keçməsinin və qulaq pərdəsinə zərər verməsinin qarşısını alar.
  • Qulağımızdan o yağı çıxardığımız zaman xarici qulaq keçəcəyi susuz qalmış torpaq kimi çatlayar və bu da qulağımızın infeksiya qapma riskini artırar.
  • Bu ifrazat xarici qulaq yoluna doğru hərəkət edər. Özü xaricə doğru atılır və orqanizmadan uzaqlaşdırılır. Biz qulaq çöpləri ilə həmin mexanizmanı pozmuş oluruq. Qulaq kiri tıxacı da məhz daha çox qulağı təmizləyən zaman qulaq kirinin daha dərinlərə itələnməsi ilə meydana gəlir.
  • Qulağımızı həftədə 1 dəfədən çox olmayaraq, duş qəbulundan sonra sadəcə girəcəyindəki suyu qurutmaq üçün təmizləmək olar.
Müəllif: Op. Dr. Cavid İsmayılov