22.06.2019

Konxa (Burun əti) kiçildilməsində radiofrekans üsulu

Alt burun ətlərinin böyüməsinə bağlı olaraq əmələ gələn və əsasən də gecələr daha çox şikayətə səbəb olan burun tutulmalarının müalicəsində burun ətlərinin lazım olduğu qədər kiçildilməsi fərqli üsullar ilə həyata keçirilə bilər. Günümüzdə ən çox istifadə olunan və effektiv üsül olan radiofrekans üsuludur. Burun balıqqulaqlarının selikli qişa altı yumuşaq toxumalar içərisinə xüsusi cihaz olan radiofrekans enerjisi verilməsi toxumalarda əmələ gələn istilik ilə büzüşmə və sərtləşmə ilə sağalma prinsiblərinə əsaslanır. Bu işləm zamanı burun ətində kəsilmə olmadığı üçün qanama olmur və tampon qoymağa ehtiyac qalmır. Bu əməliyyat xəstənin istəyinə bağlı yerli və ya ümumi anesteziya altında həyata keçirilir.

Nəticə nə zaman əldə etmək olur?

Bu işləm icra olunduqdan 25-30 gün sonra, yara yerləri tam sağaldıqdan sonra xəstə nəticə əldə edə bilər. Sağalma sırasında burunda tutulmaların görülməsi normaldır.

Yenidən böyümə ola bilərmi?

Radiofrekans effektiv üsul olmasına baxmayaraq nadir hallarda bəzi allergik rinit,vazomator riniti olan xəstələrdə yenidən təkrarlaya bilər.

Konxa (Burun əti) kiçildilməsində radiofrekans üsulu 1

Əməliyyat sonrası

  • Əməliyyat günü evə gedə bilərsiniz;
  • Əməliyyat sonrası ağrı olmaz və ya az miqdarda olar;
  • Həmin gün və ya sabahı gün normal yaşamınıza qayıda bilər, dərsə, işinizə gedə bilərsiniz;
  • Əməliyyat sonrası yemək yemədə məhdudiyyət yoxdur;
  • Xəstəxana sonrası istədiyiniz zaman duş qəbul edə bilərsiniz (Yalnız su çox isti olmamaq şəti ilə);
  • 2 həftə ərzində tütün məmulatlarından istifadə etmək olmaz;
  • Xarici burunda şişlik və ya hər hansı dəyişiklik olmaz;
  • Bir neçə gün sərt burun fınxırmadan uzaq durmaq lazımdır;
  • 2 həftə ərzində su hovuzundan istifadə etmək olmaz (infeksiya riski səbəbi ilə);
  • Əməliyyat sonrası çəhrayı rəngli burun axıntısının gəlməsi normaldır.

Konxa (Burun əti) kiçildilməsində radiofrekans üsulu 2

Müəllif: Op. Dr. Cavid İsmayılov