Uşaqlarda burun axıntısının ən çox rast gəlinən səbəbləri nələrdır?
Burun axıntısının bir çox səbəbləri var. Bunların ən başda duranı infeksiyalardır.
Axıntının bulanıq, qatı olması, ən çox da körpələrdə rast gəlinən təmizlənməsi çətinlik yaradan bir burun axıntısı bəsit virus infeksiyalarının sağalma dönəmində rast gəlinir.
Bakteriyal infeksiyalar da burun axıntısı ilə rast gəlinir. Bu zaman burun axıntısı tünd sarı-qəhvəyi rəngli qatı axıntıya səbəb olur. Bunların içində ən çox rast gəlinəni sinusitdir. Sinusit, bir həftədən çox davam edən burun axıntılarında ağla gələn ilk xəstəlikdir. Kiçik uşaqlar, yad cisimlərlə oynayan zaman burunlarının içinə müxtəlif əşyalar salırlar. Tək tərəfli burun axıntısı olduğunda bir yad cisim olacağı yadda saxlanılmalıdır.
