28.06.2019

Burun çəpəri əməliyyatı və yeni yanaşmalar

Burun çəpəri  burunun içərisində olub, burun içini orta xətdən iki hissəyə ayıran orqandır. İnsanların 70%-80% də doğuşdan yapısal olaraq var olan, ya da zaman içərisində keçirdiyi travmaların nəticəsi ilə inkişaf edən burun çəpərində əyilmə görülə bilər və bu xəstələrə burun çəpərinin əyriliyi diaqnozu qoyulur. Bu əyriliyin düzəldilməsi əməliyyatına septoplastika deyilir.

Burun çəpəri əyriliyinin əlamətləri nələrdir?

Burun çəpəri əyriliyinin ən çox rast gəlinən əlaməti burundan nəfəs alma çətinliyidir. Burun tıxanıqlığı əksərən çəpərin əyri olduğu tərəfdir, ancaq hər iki tərəfdə davamlı və ya bəzən sağda, bəzən də solda olacaq şəkildə dəyişkən nəfəs alma çətinliyi hiss edəbilməyimizə yol açar. Dəqiq diaqnoz isə burun içinin endoskopik müayinə zamanı təyin edilir.

Burun çəpəri əyriliyi aşağıdakı problemlərə səbəb ola bilər:

  1. Tək və ya iki tərəfli burun tıxanıqlığı
  2. Səhərlər boğaz quruluğu
  3. Təkrarlayan burun qanaxmaları
  4. Təkrarlayan sinusit
  5. Bəzən üzdə, başda ağrılar
  6. Burun axıntısı
  7. Yuxuda səsli nəfəs alma (ən çoxda uşaqlarda)

 Çəkic və bint tamponlara son

Burun çəpəri əməliyyatı günümüzdə çəkic istifadəsi olmadan, bint tamponlar olmadan, burun içərisindən bir ovuc qığırdaq çıxarılmadan icra edilir. Burun çəpəri öndə qığırdaq və arxada iki sümükdən ibarətdir. Bu quruluş burun belinin ön 2/3 hissəsini havada tutar, nəfəs almada önəmli bir vəzifəyə sahibdir. Bir çox hallarda burun çəpərində olan bütün qığırdaq strukturu burun içərisindən çıxarılır. Bu da gələcəkdə burun belində çökmələrə, nəfəs almada çətinliyə, burun ucunda sallanmaya, burun belində donqarlığın yaranmasına səbəb ola bilər.

Biz burun çəpərində olan əyrilyi ən müasir üsul olan piezo cihazı ilə, çəkic istifadəsi olmadan, bint tamponlardan istifadə etmədən, heç bir şişkinlik olmadan, burun çəpərindəki qığırdaqları xaric etmədən, tam ağrısız 10-15 dəqiqəlik əməliyyatla tam aradan qaldırırıq.

Sağlam yaşam üçün burundan nəfəs alın…

Müəllif: Op. Dr. Cavid İsmayılov